Xaçmaz və Qubadakı qazlaşma işləri yoxlanıldı - VİDEO
25 iyun 2023 21:15 (UTC +04:00)

Xaçmaz və Qubadakı qazlaşma işləri yoxlanıldı - VİDEO

Bölgələrdə aparılan qazlaşmanın yerində yoxlanılması və əməkdaşların iş şəraiti ilə tanışlıq prosesi davam edir.

Lent.az xəbər verir ki, bu məqsədlə baş direktorun müavini Ceyhun Şıxəliyev ilk olaraq Xaçmaz rayonunun Qımılqışlaq kəndində olub. Qurum rəsmisinə görülən işlərlə bağlı ətraflı məlumat verildikdən sonra ərazidə çalışan bir qrup əməkdaş Fəxri Fərman və hədiyyə ilə təltif olunub.

Qımılqışlaq kəndindən sonra növbəti səfər Quba rayonuna olub. Rayonun Qacar Zeyid kəndində aparılan qazlaşma işləri haqqında yaxından maraqlanan qurum rəsmisi ərazidə çalışan işçilərə təhlükəsizlik qaydalarına hər zaman əməl etmələrinin vacibliyini xatırladıb. Sonda Qubanın Qacar Zeyid və Qusarın Avaran kəndlərində qazlaşma işini icra edən bir qrup əməkdaş Fəxri Fərman və hədiyyə ilə təltif olunub, onlara işlərində uğurlar arzulanıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2452

Oxşar yazılar