“Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir
30 dekabr 2025 15:30 (UTC +04:00)

“Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir

0

ASAN könüllülərinin "Yaşıl ASAN" ekoloji proqramı, Azərsun Kağız və Karton İstehsalat Korporasiyası və Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbin şagirdlərinin birgə təşəbbüsü ilə ekoloji tədbir həyata keçirilib.

“Balaca Ekoloqlar” layihəsi çərçivəsində həyata keçirilən tədbirdə şagirdlər arasında ekoloji maarifləndirmə, sağlam həyat tərzi, ətraf mühitin mühafizəsi, təkrar emalın təşviqi kimi mövzularda söhbət aparılıb. Ekoloji çirklənmənin zərərləri və təkrar emalın ekologiyamıza olan müsbət təsirləri haqqında şagirdlərə ətraflı məlumat verilib.

dbir zamanı şagirdlərin tullantılardan hazırladıqları müxtəlif əl işlərindən ibarət sərgi, kompazisiyalar nümayiş olunub və birgə ağacəkmə aksiyası həyata keçirilib.

ASAN könüllüləri tərəfindən şagirdlərə "Eko çanta" və "Üz boyama" üzrə ustad dərsləri təşkil edilib.

dbirin sonunda şagirdlərə ASAN könüllüləri və Azərsun Kağız və Karton İstehsalat Korporasiyası tərəfindən kiçik hədiyyələr təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 168

Oxşar yazılar