10 yaşlı oğlanı zorlayanlar məhkəmə qarşısına çıxarılır: etiraf etdilər...
04 iyun 2021 18:52 (UTC +04:00)

10 yaşlı oğlanı zorlayanlar məhkəmə qarşısına çıxarılır: etiraf etdilər...

Şamaxıda 10 yaşlı oğlanın zorlanması ilə bağlı yeni təfərrüatlar məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, təyin olunmuş ekspertiza nəticəsində 10 yaşlı oğlanın zorlanması faktı öz təsdiqini tapıb.

Onu zorlamaqda şübhəli bilinənlar, azyaşlının həmkəndliləri - 23 yaşlı P.M və 17 yaşlı P.N törətdikləri əməli etiraf ediblər.

Onlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

Bu gün həmin şəxslər məhkəmə qarşısına çıxarılacaq. Onların barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən verilən təqdimata baxılacaq.

Qeyd edək ki, dünən Şamaxı rayonu Sabir qəsəbəsində 10 yaşlı oğlanın həmkəndliləri tərəfindən zorlanması barədə məlumat vermişdik.

# 2439
avatar

Mehman Nəbiyev

Oxşar yazılar