4 banka kompot və 1 manata görə adam öldürdülər - ŞOK CİNAYƏT
27 iyun 2022 12:52 (UTC +04:00)

4 banka kompot və 1 manata görə adam öldürdülər - ŞOK CİNAYƏT

Rusiyanın Çeləyabinsk vilayətinin Kaslinsk rayonunda dəhşətli qətl baş verib.

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, rayonun Şubarovo kəndindəki evlərin birinə soxulan qarətçilər orada yaşayan iki əlil qocadan birini amansızlıqla öldürüblər. 

Məlumata görə, evdə pul  və qiymətli əşyalar axtaran quldurlar heç nə tapmadıqda mismarla qocalardan birinin başını deşiblər. Sonra isə həmin evdən 4 banka kompot,  bir şüşə günəbaxan yağı və 35 rubl (təxminən 1 manat 11 qəpik) götürərək aradan çıxıblar.

Amma polis dərhal onların izinə düşüb, cinayətkarlar saxlanılıblar.

# 3894
avatar

Sevinc Fərid

Oxşar yazılar