4 milyona görə  9 il cəza istədi - “İnstapower” İŞİ
22 yanvar 2025 13:03 (UTC +04:00)

4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ

Vətəndaşlara qarşı külli miqdarda dələduzluqda ittiham olunan “İnstapower” şirkətinin Azərbaycan üzrə nümayəndəsi Orxan Babazadənin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Lent.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmədə sənədlər tədqiq edilib.

Zərərçəkən şəxslər vəsatət təqdim edərək cinayət işinin ibtidai istintaqa qaytarılmasını xahiş edib.

Onlar iddia edib ki, təqsirləndirilən şəxs törətdiyi əməli tək özü etməyib və digər şəxslər də mühakimə olunmalıdır. Adlarına olan hesablardan illeqal pulların dövriyyəsinə görə təqsirləndirilən şəxsin cəzasının da artırılmasını xahiş ediblər.

Məhkəmə deyilənlərlə bağlı başqa cinayət işi açıldığını və Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində araşdırma aparıldığını söyləyərək vəsatəti rədd edib.

Məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Dövlət ittihamçısı çıxış edərək 9 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.

Orxan Babazadə və vəkili Mirdamət Qədirli çıxış üçün vaxt istəyiblər.

Məhkəmə fevralın 5-dən təxirə salınıb.

Qeyd edək ki, cinayət işi üzrə 53 nəfər zərərçəkmiş şəxs var və onlara dəymiş ziyan 256 min manatdan artıqdır. İttihama görə, zərərçəkmiş şəxslərin adından 4 milyon manat pul dövr edildiyi bildirilib. Həmin vəsait Çində olan şirkətin hesabına köçürülüb və leqallaşdırılıb.

Orxan Babazadə barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2718

Oxşar yazılar

Dərbənddə  DƏHŞƏT:   Polisi döyüb öz silahı ilə güllələdiər

Dərbənddə DƏHŞƏT: Polisi döyüb öz silahı ilə güllələdiər

9 fevral 2025 , 18:15
17 yaşlı oğlan adapter üstündə  küçədə öldürüldü

17 yaşlı oğlan adapter üstündə küçədə öldürüldü

8 fevral 2025 , 18:50
80 yaşlı atasını baltaladı

80 yaşlı atasını baltaladı

8 fevral 2025 , 16:38
Qadın mağazada ərini güllələyib öldürdü

Qadın mağazada ərini güllələyib öldürdü

8 fevral 2025 , 15:18
Oğuzda narkotacirlər həbs olundu - VİDEO

Oğuzda narkotacirlər həbs olundu - VİDEO

8 fevral 2025 , 12:00
Lənkəranda ər arvadını  bıçaqladı

Lənkəranda ər arvadını bıçaqladı

8 fevral 2025 , 10:01
"Oleq Bakinski" ev dustaqlığına  çıxmaq istəyir

"Oleq Bakinski" ev dustaqlığına çıxmaq istəyir

7 fevral 2025 , 18:00
Kürdəmirdə şagirdlərin davası QANLA BİTDİ

Kürdəmirdə şagirdlərin davası QANLA BİTDİ

7 fevral 2025 , 12:58