42 il əvvəl   sevgilisini öldürmüşdü, indi   həbs olundu
18 iyul 2025 10:58 (UTC +04:00)

42 il əvvəl sevgilisini öldürmüşdü, indi həbs olundu

ABŞ-ın Oreqon ştatında 40 il əvvəl baş verən qətlin üstü açılıb.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, uzun müddətdir sevgilisinin itməsi işində şübhəli bilinən 72 yaşlı Mark Sanfratello indi rəsmi olaraq ikinci dərəcəli qətldə ittiham olunur.

Teresa Peroni 1983-cü ildə Selma yaxınlığındakı əyləncədən sonra itkin düşüb. 27 yaşlı gənc sonuncu dəfə sevgilisi Sanfratello ilə meşəyə gedərkən görüntülənib. 

İstintaqın aparılmasına baxmayaraq, o zaman ittiham irəli sürmək üçün kifayət qədər dəlil olmayıb.

İşdə əsas dönüş nöqtəsi 1997-ci ildə, yaxınlıqdakı meşədə insan kəlləsinin aşkarlanması ilə baş verib. Yalnız 2024-cü ildə aparılan müasir genetik test qalıqların Peroninin olduğunu etibarlı şəkildə müəyyən edib. Bu, cinayət işinin yenidən açılması üçün əsas olub.

Uzun illər Kaliforniyada yaşayan Sanfratello ötən ay Kaliforniyanın Butte qraflığının Çiko şəhərində həbs edilib və hazırda zaminə buraxılmadan həbsdədir.

Bu il iyulun 16-da həmin şəxs ilk dəfə məhkəmə qarşısına çıxıb. Ona qarşı 42 il əvvəl törədilən qətldə rəsmi ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 578

Oxşar yazılar