49 cinayətə görə axtarılırdı: yorğan-döşəyin arasında  yaxalandı - VİDEO
10 dekabr 2025 18:08 (UTC +04:00)

49 cinayətə görə axtarılırdı: yorğan-döşəyin arasında yaxalandı - VİDEO

0

Türkiyədə barəsində 49 müxtəlif cinayət üzrə axtarış qərarı olan Mehmet Avcu polisin keçirdiyi əməliyyat zamanı gizləndiyi dolabda yaxalanıb. 

Lent.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Konya polisi onun Meram rayonunun Yaylapınar məhəlləsində yerləşən evlərdən birində gizləndiyini müəyyən edib.

Cumhuriyyət Baş Prokurorluğundan alınan axtarış qərarından sonra səhər saatlarında ünvanda əməliyyat keçirilib. Evin diqqətlə yoxlanması zamanı Avcu yatak otağındakı qarderobun üst hissəsində, yorğan-döşəyin arxasında gizlənmiş vəziyyətdə tapılıb.

Şübhəli saxlanılaraq istintaqa aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar