Türkiyədə ər arvadını öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Qaziantep rayonunun Nizip qəsəbəsində baş verib.
64 yaşlı İ.A. yaşadıqları evdə arvadı, 67 yaşlı Ayten Alıcıya 14 dəfə bıçaq zərbəsi vurub. Daha sonra kişi təcili tibbi yardıma zəng edərək, arvadını bıçaqladığını deyib. Xəstəxanaya yerləşdirilən yaralı qadın 20 gün görülən tədbirlərə baxmayaraq, dünyasını dəyişib.
İ. Alıcı isə həbs edilib, araşdırma aparılır.