69 yaşlı kişi dondurma üstündə  2 nəfəri öldürdü
05 noyabr 2026 17:39 (UTC +04:00)

69 yaşlı kişi dondurma üstündə 2 nəfəri öldürdü

0

ABŞ-nin Florida ştatında dondurma üstündə yaranan mübahisə iki nəfərin ölümü ilə nəticələnib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 69 yaşlı Mark Linn Robinson iki qonşusunu güllələyərək öldürməkdə ittiham olunur.

Məlumata görə, hadisə yaşayış məhəlləsində yerləşən evdə baş verib. Onlardan hansısa digərinin dondurmasını gizli yeyib. Dondurmanı yeyənin aşkarlanması üstündə yaşlı kişilər arasında mübahisə yaranıb.

Hadisə yerinə çağırılan polis əməkdaşları kişilərin mübahisə etdiklərini müəyyən etsələr də, qanun pozuntusu aşkarlamadıqları üçün ərazidən uzaqlaşıblar. Lakin təxminən bir saat sonra yerli sakinlər silah səsləri eşidərək yenidən 911 xidmətinə zəng ediblər.

Polis əməkdaşları eyni ünvana qayıtdıqda ev sahibi Mark Linn Robinson könüllü şəkildə təslim olub və iki nəfəri öldürdüyünü etiraf edib. Saxlanılan şəxs bildirib ki, polisin ilk gəlişindən sonra qonşularının geri qayıdaraq ona zərər verə biləcəklərindən qorxub. Bu səbəbdən 12 kalibrli tüfəngini götürərək divanın üzərinə qoyub. Robinsonun iddiasına görə, qonşuları bıçaqla geri qayıdaraq ona hücum ediblər. O da özünü müdafiə etmək məqsədilə onlara bir neçə dəfə atəş açıb.

Hər iki kişi aldığı güllə yaralarından həyatını itirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 240

Oxşar yazılar