7 yaşlı  oğlan qonşunun 6 yaşlı qızını öldürdü
25 avqust 2025 12:32 (UTC +04:00)

7 yaşlı oğlan qonşunun 6 yaşlı qızını öldürdü

Ukraynanın Kiyev vilayətinin Boryspil rayonunda 7 yaşlı oğlan 6 yaşlı qızı güllələyib.

Lent.az yerli mediaya istinadla bildirir ki, 7 yaşlı oğlan qonşu qızla birlikdə yaşadığı evdə oynayırmış. Oğlan atasına məxsus ov tüfəngini əlinə alaraq qıza tərəf atəş açıb. Aldığı xəsarətlər nəticəsində uşaq dünyasını dəyişib.

Oğlanın atası hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə) üzrə cinayət işi açılıb. 

Bundan əlavə, ata barəsində uşağa qulluq vəzifələrinin qəsdən icra olunmaması və odlu silahın səhlənkar saxlanılması faktları üzrə də (Ukrayna CM-in 166-cı və 264-cü maddələri) cinayət işi başlanıb.

Hazırda hadisənin bütün halları müəyyənləşdirilməsi üçün istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 790

Oxşar yazılar