Ağcabədidə kişi   sevgilisini  bıçaqladı
03 oktyabr 2022 10:17 (UTC +04:00)

Ağcabədidə kişi sevgilisini bıçaqladı

Ağcabədidə yerləşən “Bakı” çay evinin qarşısında bıçaqlanma hadisəsi baş verib. 

Lent.az-ın məlumatına görə, Şükür Eldəniz oğlu Qənbərov qeyri-rəsmi münasibətdə olduğu Laçın sakini 25 yaşlı Sücayət Məcid qızı İbrahimovanı bıçaqlayıb. 

Belə ki, Şükür Qənbərov üzərində gəzdirdiyi mətbəx bıçağı ilə Sücayət İbrahimovaya ağır bədən xəsarətləri yetirib. Zərərçəkmiş Ağcabədi rayon mərkəzi xəstəxanasına çatdırılıb. 

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. 

Faktla bağlı araşdırmalar aparılır. 
 

# 2850
avatar

Sevinc Fərid

Oxşar yazılar