Ağsuda meyiti tapılan qadın öldürülübmüş:  iki nəfər saxlanıldı
27 mart 2026 19:04 (UTC +04:00)

Ağsuda meyiti tapılan qadın öldürülübmüş: iki nəfər saxlanıldı

0

Ağsuda baş verən qətlin üstü açılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, martın 23-də Ağsu rayonunun Muradlı kəndi ərazisində əkin sahəsində zorakılıq əlamətləri olan qadın meyiti aşkarlanıb. 

Meyitin rayon sakini Zahirə Şükürovaya məxsus olması müəyyən edilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxslər – 49 yaşlı Əyyub Sahabov və həmyaşıdı Seymur Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. 

Araşdırmalarla müəyyən edilib ki, şübhəli şəxslər zərərçəkmişlə aralarında yaranmış mübahisə zəminində ona qarşı zor tətbiq edərək qətlə yetiriblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 392

Oxşar yazılar