Bakıda evə BASQIN:  bıçaqla hədələyib qarət etdilər
27 mart 2026 11:10 (UTC +04:00)

Bakıda evə BASQIN: bıçaqla hədələyib qarət etdilər

0

Bakıda quldurluq hadisəsi olub.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayon sakini polisə müraciət edərək bildirib ki, naməlum şəxslər onun yaşadığı evə daxil olaraq kəsici alətlə hədələyib və mobil telefonunu talayıblar.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 39 yaşlı M.Əliyev və 38 yaşlı G.Əkbərov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar