Bakıda evdən külli miqdarda pul oğurlanıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayonu Maştağa qəsəbəsində bir nəfər yaşadığı evdən 6300 dollar pul vəsaitinin naməlum şəraitdə oğurlandığını bildirib.
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 28 yaşlı R.Əlizadə müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.