Anasına mesaj yazan  kişini küçədə öldürdü
02 oktyabr 2025 13:31 (UTC +04:00)

Anasına mesaj yazan kişini küçədə öldürdü

0

Türkiyədə gənc oğlan anasına mesaj yazan kişini küçədə öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə gecə saatlarında İstanbulun Qaziosmanpaşa qəsəbəsində baş verib.

19 yaşlı Yunus Əmrə S. küçədə qarşısına çıxan 51 yaşlı Celil Arslanla mübahisə edərək, bıçaqlayıb. Nəticədə zərərçəkən ölüb.

Cinayətkar isə hadisədən sonra heç nə olmamış kimi aşağı küçədə babasının evinə gedərək yatıb. Polis axtarışlar zamanı onu yatdığı yerdə tutub. İfadəsi zamanı gənc bildirib ki, anası 10 ildir atasından ayrı yaşayır. Celil Arslanı sosial şəbəkədə anasına mesajlar yazdığı üçün öldürüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 520

Oxşar yazılar