Türkiyədə oğul anasını bıçaqla girov götürdü
15 oktyabr 2026 10:59 (UTC +04:00)

Türkiyədə oğul anasını bıçaqla girov götürdü

0

Türkiyənin Bursa şəhərində dəhşətli ailə dramı yaşanıb. Oğlu ilə mübahisə edən qadın bıçaqla hədələnərək girov götürülüb. Saatlarla davam edən gərginlik xüsusi təyinatlı polislərin əməliyyatı ilə başa çatıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Bursanın Osmangazi rayonunun Küplüpınar məhəlləsində yerləşən yaşayış binasında baş verib.

Məlumata görə, Hakan adlı şəxs hələlik məlum olmayan səbəbdən anası ilə mübahisə edib. Mübahisə böyüdükdən sonra o, mətbəxdən götürdüyü bıçaqla qadını girov saxlayıb. Oğlunun diqqətinin yayınmasından istifadə edən ana özünü otaqlardan birinə kilidləyərək təcili yardım xidmətinə zəng vurub. Hadisə yerinə çoxsaylı polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb, məhəlləyə giriş-çıxış məhdudlaşdırılıb. Polis əməkdaşları şübhəli şəxsi təslim olmağa razı salmağa çalışsalar da, danışıqlar nəticə verməyib.

Bundan sonra hadisə yerinə xüsusi təyinatlı polis qüvvələri çağırılıb. Əməliyyatçılar mənzilin qapısını xüsusi alətlə sındıraraq içəri daxil olublar. Keçirilən əməliyyat nəticəsində şübhəli şəxs zərərsizləşdirilərək saxlanılıb, anası isə sağ-salamat xilas edilib. Qadının səhhətinin yaxşı olduğu bildirilir. Hadisənin başvermə səbəbləri araşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar