Anasının sevgilisini küçədə öldürdü - 22 bıçaq zərbəsi
15 noyabr 2025 18:00 (UTC +04:00)

Anasının sevgilisini küçədə öldürdü - 22 bıçaq zərbəsi

0

Türkiyədə kişi anası ilə münasibətdə olan kişini küçədə öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Antalyanın Kaş qəsəbəsinin Şəhid KazımTemel küçəsində qeydə alınıb.

Bələdiyyədə işləyən 36 yaşlı Gökhan S. anası ilə münasibətdə olan otel mühafizəçisi 69 yaşlı Yusuf Aygüllə küçədə rastlaşaraq, dalaşıb. Dava zamanı Gökhan bıçaqla Yusufa dəfələrlə bıçaq zərbəsi vurub. Xəstəxanaya aparılan kişi orada ölüb. Onun bədənində 22 bıçaq xəsarəti aşkarlanıb.

Məlum olub ki, Gökhan S. anası 58 yaşlı Maral S.-in Yusuf Aygüllə sevgili olduqlarını öyrənib və 2 ay evə gəlməyib.

Hadisədən sonra cinayətkar saxlanılıb. Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 364

Oxşar yazılar