Türkiyədə kişi azyaşlı oğlunun yanında qətlə yetirilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Konyanın Hüyük qəsəbəsində baş verib.
38 yaşlı Mustafa Vurulmaz 7 yaşlı oğlu ilə birgə tarladan 3 təkərli velosipedi ilə evə qayıdırmış. Bu zaman aralarında ədavət olan Əmrə, Məhəmməd və Adəm adlı 3 qardaş avtomobillə onların arxasınca düşərək, velosipedə çırpılıblar. Nəticədə Mustafa Vurulmaz və oğlu velosipeddən yıxılıblar.
Bundan sonra tərəflər arasında dava düşüb. 3 qardaş əvvəlcə Vurulmazı azyaşlı oğlunun gözü önündə döyüblər. Sonra isə tapança ilə güllələyərək, öldürüblər.
Cinayətkar qardaşlar polis tərəfindən saxlanılıb, araşdırma aparılır.
_1764940138.jpg)