Azərbaycanda DƏHŞƏT:  14 yaşlı oğlanı öldürüb... - YENİLƏNİB
30 mart 2023 08:33 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏT: 14 yaşlı oğlanı öldürüb... - YENİLƏNİB

Martın 29-u saat 16 radələrində Ağstafa rayonunun Poylu qəsəbəsi ərazisində 2009-cü il təvəllüdlü Cavanşir Bədirovun meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lent.az xəbər verir ki, bu barədə Rayon Prokurorluğundan məlumat verilib.

İstintaq-əməliyyat tədbirləri ilə 2006-cı il təvəllüdlü Yusif Əhmədovun bıçaqla Cavanşir Bədirovun ürək nahiyəsindən xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Yusif Əhmədov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

***

29.03.2023

Saat 16:34

Ağstafa rayon Polis Şöbəsinə rayon sakini 2009-cu il təvəllüdlü Cavanşir Bədirovun kəsici alətlə qətlə yetirilmiş cəsədinin Dəmiryolu stansiyası yaxınlığında olması barədə məlumat daxil olub.

Bu barədə Lent.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Dərhal Ağstafa Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və şəxslərin kimliyinin müəyyən olunaraq istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8655
avatar

Fidan İlqar

Oxşar yazılar