Azərbaycanda DƏHŞƏT : ata oğlunu öldürdü
20 iyun 2022 09:13 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏT: ata oğlunu öldürdü

Abşeronda qətl hadisəsi olub.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, iyunun 19-u saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhər sakini, 35 yaşlı İlkin İbadovun öldürülməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin atası, 55 yaşlı Etibar İbadovun yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı İlkin İbadova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Etibar İbadov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

# 5883
avatar

Mehman Nəbiyev

Oxşar yazılar