Azərbaycanlı gənc parkinqə görə adam öldürdü  - HADİSƏ ANI - YENİLƏNİB
18 aprel 2024 17:39 (UTC +04:00)

Azərbaycanlı gənc parkinqə görə adam öldürdü - HADİSƏ ANI - YENİLƏNİB

Moskvada qətl törədərək qaçan azərbaycanlı tərk edilmiş BMW-də silah qoyub.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, Şahin Abbasov qətl törətdikdən sonra qardaşının avtomobili ilə hadisə yerindən qaçıb. Oların BMW markalı avtomobili hadisə yerindən 2 km aralıda aşkarlanıb. Polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirilərkən salondan makarov tapançası tapılıb.

Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobilin içərisindən qətldə istifadə olunan bıçaq və siqaret aşkar ediblər.

Avtomobil özü Novorossiyskaya küçəsində tapılıb.

Həmçinin İstintaq Komitəsindən bildirilib ki, keçirilən əməliyyatlar çərçivəsində Ş. Abbasovun atası və dostu saxlanılıb. Onlar dindirilmək üçün idarəyə aparılıb.

Hazırda Ş. Abbasovun axtarışları davam edir.

***
15:02

Rusiyanın Moskva şəhərində qətl hadisəsi olub.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə aprelin 17-də axşam saatlarında Krasnodarskaya küçəsindəki binalardan birinin girişində baş verib. 25 yaşlı oğlan bıçaqlanaraq öldürülüb. Cinayətdə hadisə yerindən qaçan 22 yaşlı azərbaycanlı Şahin Abbasov şübhəli bilinir.

Münaqişə şübhəlinin öz avtomobili - ağ rəngli “Toyota Camry”ni giriş qapısında saxlaması səbəbindən baş verib. Bina sakini buna görə Şahinə irad bildirib və bu onun xoşuna gəlməyin. Nəticədə azərbaycanlı bıçaqla həmin şəxsə hücum edib.

Bu barədə məlumatı Lüblin Rayonlararası Prokurorluğu yayıb.

Zərərçəkmiş ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, bu gün səhər dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının gəlməsini gözləmədən şübhəli şəxs avtomobilini hadisə yerində qoyub və qardaşı ilə birlikdə başqa avtomobilə minərək qaçıb.

Məlumata görə, Şahin Abbasov 2022-ci ilin avqustunda Rusiyaya gəlib. O, Moskvada qeydiyyatda olub, lakin qeydiyyat bitdikdən sonra paytaxtda qeyri-qanuni yaşamağa davam edib.

Təqsirləndirilən şəxsin “qəsdən adam öldürmə” maddəsi ilə təqib olunmasına Lüblin Rayonlararası Prokurorluğu nəzarət edir.

Hazırda onun axtarışları davam edir.

Şahin Abbasov

Kirill və nişanlısı

# 5238
avatar

Mehman Nəbiyev

Oxşar yazılar