Bakıda 6 nəfər kişini döyüb  telefonunu əlindən aldılar
19 noyabr 2025 11:46 (UTC +04:00)

Bakıda 6 nəfər kişini döyüb telefonunu əlindən aldılar

0

Bakının Nəsimi rayonunda quldurluq cinayəti qeydə alınıb.

Lent.az-ın məlumatına görə, naməlum şəxslər axşam saat 20 radələrində zərərçəkənə fiziki zor tətbiq edərək 2500 manat dəyərində mobil telefonunu ələ keçiriblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən A.Nəcəfzadə, A.Qurbanlı, N.Bayramov, M.Məmmədov, R.Əzizov və Ş.Bağırov müəyyən olunaraq saxlanılıblar. 

Digər tədbirlə Alatava qəsəbə sakininin evindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən F.Ramazanov da tutulub.
 
Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 410

Oxşar yazılar