Bakıda «Barıqa» DAVASI:  6 bıçaq zərbəsi alan qardaşlar necə sağ qaldı? - VİDEO
13 yanvar 2026 12:12 (UTC +04:00)

Bakıda «Barıqa» DAVASI: 6 bıçaq zərbəsi alan qardaşlar necə sağ qaldı? - VİDEO

0

«Barıqa» ifadəsinə görə düşən davada 2 qardaşı bıçaqlayan şəxsin məhkəməsi başlayıb.
 
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Şəmsi Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Zərərçəkmiş Babək Quliyev bildirib ki, hadisə Binə qəsəbəsində baş verib.

Şəmsi deyib ki, guya qardaşı Rəvan, onun dostu Pərvizi qəsəbədə narkotik satan, yəni «barıqa» kimi təqdim edib. Rəvan, həmçinin o da Şəmsiyə belə bir şeyin ola bilməyəcəyəni və əgər belə bir hal varsa, sübut üçün həmin adamın yanlarına gəlmələrini deyiblər. Mirfariz adlı tanışları gəlib, həqiqətən də Rəvanın Pərvizin barəsində heç nə söyləmədiyini bildirib. Bu zəmində aralarında mübahisə yaranıb. Əlbəyaxa olub, bir-birilərinə yumruqla zərbələr vurublar. Şəmsi ona bıçaqla 6 dəfə zərbə endirib. Rəvan müadixə etdikdə, ona da qolundan xəsarət yetirib. Sonra onları Pərviz və Tural ayırıblar. Sabunçu Tibb Mərkəzində əməliyyat olunaraq, həyatı xilas edilib.
 
Zərərçəkmiş qeyd edib ki, aralarında barışıq olmayıb. Xəstəxanada müalicə aldığı müddətdə Şəmsi Məmmədlinin yaxınları tərəfindən hər hansı maddi yardım göstərilməyib. Təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirib.
 
Daha sonra zərərçəkmiş qismində Rəvan Quliyev və iş üzrə ibtidai istintaqda dindirilmiş şahdilər ifadə veriblər. 
 
Proses növbəti tarixə təyin olunub.
 
Xatırladaq ki, DİN Binə qəsəbəsində Babək Quliyev və Rəvan Quliyevin bıçaqlanması barədə məlumat yayıb.

Xəzər RPİ 3-cü polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində Şəmsi Məmmədli saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 368

Oxşar yazılar