Bakıda DƏHŞƏT:   oğlan bıçağı sevgilisinin ürəyinə sancdı - YENİLƏNİB
20 aprel 2024 09:17 (UTC +04:00)

Bakıda DƏHŞƏT: oğlan bıçağı sevgilisinin ürəyinə sancdı - YENİLƏNİB

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Xətai rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı 2003-cü il təvəllüdlü Səbuhi Qürbətovun Xətai rayonu, Xudu Məmmədov küçəsi ərazisində tanışı Elnarə Cabbarovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. 

Səbuhi Qürbətov saxlanılaraq polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilir.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 22 yaşlı Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının tanışı, 21 yaşlı Qurbanov Səbuhi İlkin oğlu sonra özünə xəsarət yetirib. O, xəstəxanya yerləşdirilib. 

İlkin məlumata görə hadisə qısqanclıq zəminində baş verib. 

Araşdırma aparılır.

***

07:48

Bakının Xətai rayonunda qətl baş verib.

Lent.az xəbər verir ki, hadisə Xudu Məmmədov 13 ünvanında qeydə alınıb.

Belə ki, iri marketlərin birinin qarşısında 24 yaşlı oğlan sevdiyi 22-24 yaşlı qadının ürək nahiyyəsinə bıçaq zərbəsi vurub.

Qadın aldığı xəsarətlərdən ölüb. Daha sonra o, özünə bıçaq zərbələri vurub.

Oğlan aldığı xəsarətlər səbəbindən Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Qadının meyiti morqa təhvil verilib.

Hazırda ölən qadının ad və soyadı dəqiqləşdirilir.

Xətai Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb.

Nurlan Əli

# 4851
avatar

Oxşar yazılar