Avqustun 23-də paytaxtın Yasamal rayonu ərazisində 37 yaşlı İradə Muradovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, ilkin araşdırmalarla 48 yaşlı Emin Ağacanovun aralarında yaranmış mübahisə zamanı tanışı İradə Muradovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Emin Ağacanov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
***
11:01
Yasamalda qətl hadisəsi baş verib.
Lent.az xəbər verir ki, avqustun 23-də saat 9 radələrində paytaxtın Yasamal rayonu ərazisində 45 yaşlı İradə Muradova münaqişə zəminində qətlə yetirilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 48 yaşlı Emil Ağacanov müəyyən olunaraq saxlanılıb.
Məlumata görə, Emil Ağacanov İradə Muradovanı şüşə qabla başına zərbə vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.