Bakıda kişini evinin qabağında döyüb pulunu aldılar
22 noyabr 2025 12:30 (UTC +04:00)

Bakıda kişini evinin qabağında döyüb pulunu aldılar

0

Bakının Nizami rayonunda soyğunçuluq hadisəsi olub.

Lent.az xəbər verir ki, naməlum şəxs gecə saat 3 radələrində zərərçəkmişə evinin qarşısında fiziki güc tətbiq edərək pul vəsaitini ələ keçirib. Bu barədə vətəndaş polisə məlumat verib.   

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən, keçmişdə də eyni əməllərə görə dəfələrlə məhkum olunmuş 36 yaşlı S.Əliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 148

Oxşar yazılar