Bakıda sifarişlə quldurluq edənlərə  HÖKM OXUNDU
24 noyabr 2025 17:49 (UTC +04:00)

Bakıda sifarişlə quldurluq edənlərə HÖKM OXUNDU

0

Bakıda sifarişlə qurdurluq etməkdə təqsirləndirilən Cavad Allahverdiyev, sifarişçi Rəfael Tağızadə və Fariz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, hər üç şəxsə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayında paytaxtın Nərimanov rayonunda baş verib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Bakı şəhər sakini olan bir nəfər yaşadığı binadan həyətə düşən zaman qara maskalı naməlum şəxs ona hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və zərərçəkmişin əlindəki içərisində 61.500 manat olan sellofan paketi götürərək hadisə yerindən uzaqlaşıb.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 38 yaşlı Cavad Allahverdiyev saxlanılıb. Həmin şəxs ifadəsində cinayəti tanışı- əvvəllər məhkum olunmuş 70 yaşlı Rəfael Tağızadənin sifarişi ilə törətdiyini bildirib. Əlavə əməliyyat tədbirləri nəticəsində qeyd olunan şəxsin də saxlanılması təmin edilib. Onlardan cinayət yolu ilə əldə etdikləri 32.500 manat aşkarlanaraq maddi sübut kimi götürülüb.

Araşdırmalarla müəyyən edilib ki, Rəfael Tağızadə zərərçəkmişlə cəzaçəkmə müəssisəsində olan zaman tanış olub və onda külli miqdarda pul olacağını əvvəlcədən bilib. Bundan sonra o, tanışı Cavad Allahverdiyevə həmin cinayəti törətməyi sifariş edib.

Faktla bağlı cinayət işi açılıb. Cavad Allahverdiyev, Rəfael Tağızadə və Fariz Məmmədovun barəsində Cinayət Məcəlləsinin 181.3.2-ci (Quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələsi ilə yekun ittiham elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 114

Oxşar yazılar