Bakıda xüsusi  ƏMƏLİYYAT:   20 nəfər tutuldu - VİDEO
05 iyul 2022 16:17 (UTC +04:00)

Bakıda xüsusi ƏMƏLİYYAT: 20 nəfər tutuldu - VİDEO

Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin onlayn yolla satışı ilə məşğul olan Sadiq Kərimov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, onun üzərindən 100 qram heroin və metamfetamin aşkar edilib. O, izahatında narkotikləri sosial şəbəkələrdə satmaq məqsədi ilə tanışı Gülərdən aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq Gülər Abdullayeva da tutularaq istintaqa təqdim edilib. Onun Binəqədi və Nizami rayonlarında kirayə yaşadığı evlərdən isə 500 qrama yaxın heroin, marixuana və metamfetamin aşkar olunub. Gülər Abdullayeva izahatında narkotikləri sosial şəbəkələrdə tanış olduğu xarici ölkə vətəndaşından aldığını bildirib.

Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin əməkdaşlarının keçiridkləri digər silsilə əməliyyatlar zamanı son 30 gündə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 18 nəfər saxlanılıb. Onlardan külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq maddi sübut kimi götürülüb.

Həmin bölmə əməkdaşlarının keçirdikləri digər uğurlu əməliyyat zaman Binəqədi rayonunda iki nəfərə qarşı kəsici alətdən istifadə etməklə quldurluq edən və zərərçəkənlərin mobil telefonlarını, eləcə də pulunu alan dəstə üzvləri saxlanılıblar. Əməliyyat nəticəsində qeyd edilən hadisələri törətməkdə şübhəli bilinən Məhəmməd İmanov, Fəyyaz Yarıyev və İlkin Eldaroğlu tutularaq istintaqa təqdim ediliblər. Bu şəxslər ifadələrində etdikləri cinayətləri etiraf ediblər.

Faktlarla bağlı 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam edirilir.

Bakıda 20 nəfər tutuldu

# 3732
avatar

Mehman Nəbiyev

Oxşar yazılar