Baldızına görə qətlə yetirilən qadının ərinə AĞIR CƏZA
08 dekabr 2025 13:42 (UTC +04:00)

Baldızına görə qətlə yetirilən qadının ərinə AĞIR CƏZA

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmir Rüstəmovun sədrliyi ilə həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əmirov Rəşad Böyükağa oğlunun cinayət işi üzrə keçirilən prosesdə hökm elan olunub.

Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilən. R.Əmirovun 17 il azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.

Qeyd edək ki, dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən Rəşad Əmirovun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, hadisə 2025-ci ilin 27 may tarixində  Bakının Nizami rayonunun ərazisində qeydə alınıb. Paytaxt sakini Ləman Əmirovanın yaşadığı mənzildə aldığı xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub.

Araşdırmalarla məlum olub ki, Ləman Əmirova həyat yoldaşı Rəşad Əmirov tərəfindən döyülərək qətlə yetirilib. Rəşad Əmirov saxlanılaraq istintaqa cəlb edilib. Onun barəsində CM-nin 120.2.4 (xüsüsi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Onu da qeyd edək ki, cinayət işinin istintaqı zamanı Ləman Əmirovanın qətlə yetirilməsinə əsas səbəb onun bacısı Səbinə Vəliyevanın sürdüyü həyat tərzi olub. Məhkəmə zamanı dövlət ittihamçısı da şahidə buna görə, irad tutaraq onun sürdüyü həyat tərzinin bacısının qətlə yetirilməsi, kürəkəninin həbs olunması və onların azyaşlı övladlarının da valideynsiz qalmasına səbəb olduğunu deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 386

Oxşar yazılar