Qız nişanlısı ilə olan fotolara görə  toyu ləğv etdi
17 oktyabr 2026 16:15 (UTC +04:00)

Qız nişanlısı ilə olan fotolara görə toyu ləğv etdi

0

Ukraynalı qadın nişanlısının onunla birlikdə çəkdirdiyi fotoları sosial şəbəkələrdə paylaşmaqdan imtina etməsi səbəbindən toyunu ləğv edib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Valentina adlı qadının sosial şəbəkələrdə fəal olan nişanlısı onunla birlikdə çəkdirdiyi fotoları paylaşmaq istəməyib. 

Qadının sözlərinə görə, kişi idman məşqlərindən, avtomobil idarə edərkən və istirahət zamanı çəkdirdiyi fotoları mütəmadi paylaşsa da, sevgilisi ilə birlikdə olan şəkillərini yayımlamaq istəməyib.

Kişi bunu onların birlikdə olduqlarını yalnız toy günü hər kəsə göstərmək və sürpriz etmək istəyi ilə izah edib.

Gəlinlik və toy üzükləri artıq alınsa da, Valentina aralarındakı fikir ayrılığı həll olunmayana qədər nikah qeydiyyatına getməyəcəyinə qərar verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar