"Böyründən qan axanda gördüm ki, bıçaqladılar" - Müharibə iştirakçılarının DAVASI
12 fevral 2026 15:56 (UTC +04:00)

"Böyründən qan axanda gördüm ki, bıçaqladılar" - Müharibə iştirakçılarının DAVASI

0

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Şəmsi Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid M.A. hadisə baş verən gün işdə olduğunu bildirib:

"Mən və Rəvan müharibə iştirakçısı olmuşuq. İşdən gəlmişdim. Rəvan zəng elədi ki, əlillik dərəcəsi ilə bağlı görüşək, görək nə edə bilərik. Dedi ki, uşaqlarla danışmışıq, ora gəlirlər, sən də gəl. Qardaşımla onun dediyi yerə getdik. Çatanda Babək, Rəvan, Şəmsi, Tural və Pərvizi orada gördük. Biz əvvəldən Şəmsinin orada olduğunu bilmirdik. Nə oldusa, 15-20 dəqiqənin içində baş verdi. Babək Şəmsiyə pis bir söyüş söydü. Şəmsi özünü saxlaya bilməyib ona yumruq atdı. Bıçağın necə ortaya çıxdığını görmədim. Bir də baxdım ki, Babəkin böyründən qan axır. Tural araya girib Şəmsini aralamağa çalışırdı. Daha sonra Babəklə qardaşı maşınlarına minib getdilər. Mən də qardaşımla getdim".

Şahid N.A. təqsirləndirilən Şəmsi Məmmədlini uzun müddətdir ki, tanıdığını və hadisəni tam olaraq xatırlamadığını bildirib:

"Ara qarışmağa başlayanda mən və qardaşım Babəklə Şəmsini ayırmağa çalışdıq. Şəmsinin bıçağı necə çıxardığını görmədim. İki qardaş - Rəvan və Babək onun üstünə düşdülər. O da məcbur özünü müdafiə etməli oldu. Mən elə bildim ki, Şəmsi Babəki yumruqla vurur. Babəkin böyründən qan axdığını görəndə onun bıçaqla vurulduğunu başa düşdüm".

Növbəti proses 12 marta təyin edilib.

Xatırladaq ki, hadisə ötən ilin dekabr ayında Bakının Binə qəsəbəsindəki "Südçülük sovxozu"nun ərazisində baş verib.

Rəvan Nuriyev Şəmsi Məmmədliyə onun dostu Pərviz İbrahimovun narkotik satıcısı olduğunu deyib. Şəmsi Məmmədli məsələnin aydınlaşdırılması məqsədi ilə R.Nuriyevi danışmağa çağırıb. Yaranmış mübahisə nəticəsində Ş. Məmmədli R. Nuriyevə şillə vurub. R. Nuriyev bu barədə qardaşı B. Nuriyevə məlumat verib. Bundan sonra Babək Nuriyev Şəmsi Məmmədlini söhbətə çağırıb. Yaranmış mübahisə zəmnində Ş. Məmmədli B. Nuriyevə ard-arda bıçaq zərbəsi endirib.

Faktla bağlı cinayət işi başlanılıb, Şəmsi Məmmədli Cinayət Məcəlləsinin 128 (Qəsfən sağlamlığa yüngül zərər vurma) 29 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) 29 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd)maddələri ilə təqsirləndirilərək məsuliyyətə cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar