Cəlilabadda qardaşı uşaqlarını baltalayan əmi ÖLDÜ
04 fevral 2026 14:12 (UTC +04:00)

Cəlilabadda qardaşı uşaqlarını baltalayan əmi ÖLDÜ

0

Cəlilabadda qardaşı uşaqlarını baltalayan Əli Nağıyev ölüb.

Lent.az xəbər verir ki, məlumata görə, dünən axşam 49 yaşlı Ə. Nağıyevin vəziyyəti pisləşib. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə Üçtəpə kəndində baş verib. Dağıstandan yeni qayıdan, əvvəllər məhkum olunmuş Ə. Nağıyev balta ilə qardaşı Musanın uşaqları - 14 yaşlı Hüseyn və 15 yaşlı Həqiqətə xəsarətlər yetirib. Həkimlərin müdaxiləsinə baxmayaraq Həqiqət Nağıyeva orada ölüb.

Ə. Nağıyev polis tərəfindən saxlanılıb. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə)  və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 928

Oxşar yazılar