Fransanın Yuxarı Sona departamentində doqquz uşaq anası olan 50 yaşlı qadın iki körpənin qətlində şübhəli bilinərək həbs edilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, yeni doğulmuş körpələrin cəsədləri şübhəlinin Ayviller-e-Liomont kommunasındakı evində soyuducuda aşkar edilib. Qadının qəfil yoxa çıxması polisin diqqətini cəlb edib: o, yaxınlarını xəbərdar etmədən evi tərk edib.
Hazırda evdə onun oğullarından biri yaşayır, lakin onun ifadəsinin məzmunu açıqlanmır. Qadın fevralın 11-də paytaxt bölgəsində saxlanılıb və ona ikiqat körpə qətli ittihamı irəli sürülüb.