Dünənki qəzalarda 5 nəfər ölüb -  KRİMİNAL XRONİKA
05 iyul 2022 10:45 (UTC +04:00)

Dünənki qəzalarda 5 nəfər ölüb - KRİMİNAL XRONİKA

İyulun 4-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 43-nün, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 7-nin açılması təmin olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 19, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

# 1968
avatar

Mehman Nəbiyev

Oxşar yazılar