Rusiyanın Sankt-Peterburqun şəhərinin Nevski rayon Məhkəməsi açıq pəncərədən evə girən azərbaycanlıya hökm oxuyub.
Lent.az yerli mediaya istinadla bildirir ki, 46 yaşlı Niyaməddin Məmmədov oğurluq və zorakılıq xarakterli seksual hərəkətlərdə təqsirli bilinib. Məhkəmənin hökmü ilə o, 3 il 3 ay müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkəcək.
O, ötən ilin iyulunda Oktyabr sahilindəki binalardan birində mənzilə girəndən sonra nəzarətə götürülüb. 52 yaşlı ev sahibi pəncərəni açıq qoyaraq yatıb. Məmmədov təqsirini qismən etiraf edib. İyulun 24-nə keçən gecə o, birinci mərtəbədəki mənzili görüb və ağcaqanad torunu yerindən çıxarıb.
Təqsirləndirilən şəxsin sözlərinə görə, o, pul üçün otağa girib və 11 min rubldan bir qədər çox pul, həmçinin 80 dollar tapıb.
Məmmədovun sözlərinə görə, pəncərəyə doğru gedərkən ayağının altına bir pişik çıxıb. O, aşaraq qadının üzərinə düşüb.