Türkiyədə evli qadınla sevgi münasibətləri yaşayan oğlana işgəncə verilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə paytaxt Ankara şəhərində qeydə alınıb.
Evli qadın M.A. adlı oğlanla sevgi münasibətləri yaşayıb və ona qoşularaq, qaçıb. Sonra ondan ayrılıb və ata evinə gəlib. Qadının atası və böyük qardaşı M.A.-nı danışmaq adı ilə razı salaraq, evlərinə çağırıblar. Sonra onu kimsəsiz yerə apararaq, amansızlıqla döyüblər. Həmçinin burnunu və qulağını qoparıblar.
Onlar bundan başqa, xəstəxanaya yerləşdirilən M.A.-nı şikayət etməməsi üçün təhdid ediblər.
İşgəncə anlarını qadının böyük qardaşı kameraya çəkib.
Lakin sonradan M.A. həmin qadının ailəsi ilə görüşüb bir məclisdə iştirak edib və evlilik işlərinə başladıqlarını deyib.