Goranboyda qətl hadisəsi baş verib.
Lent.az APA-ya istinadla bildirir ki, hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb.
Kənd sakini 36 yaşlı İ.Tağıyeva bıçaqlanaraq qətlə yetirilib.
Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində İ. Tağıyevanı qətlə yetirməkdə şübhəli bilinən, həyat yoldaşı 38 yaşlı Maşallah Əliyev saxlanılıb.
Araşdırmalar davam etdirilir.