Azərbaycanlı çobanın Ermənistana keçdiyi  iddia olunur
21 oktyabr 2026 12:11 (UTC +04:00)

Azərbaycanlı çobanın Ermənistana keçdiyi iddia olunur

0

Azərbaycanlı çobanın Ermənistan sərhədini keçdiyi iddia olunur.

Lent.az Ermənistan mediasına istinadla bildirir ki, iddialara əsasən, Azərbaycan vətəndaşı saxlanılıb və hazırda Berd şəhərindəki hərbi polisdə saxlanılır.

Ermənistan Müdafiə Nazirliyi məsələ ilə bağlı hələlik açıqlama verməyib.

Tavuş vilayətinin icma rəhbərlərindən biri nəşrə açıqlamasında hadisə barədə eşitdiyini, lakin dəqiq məlumata malik olmadığını bildirib.

“O, rayonumuzun meşələrindən keçərək gəlib”, – deyə icma rəhbəri qeyd edib.

Ermənistan Milli Təhlükəsizlik Xidmətindən isə bildirilib ki, hazırda hadisə ilə bağlı məlumatları yoxdur.

Digər icma rəhbəri isə azərbaycanlı çobanın Aygedzor ərazisindən sərhədi keçdiyini və hazırda hərbi polisdə saxlanıldığını iddia edib.

Onun sözlərinə görə, hadisə zamanı hava dumanlı və yağışlı olsa da, çobanın sərhədi könüllü keçərək siyasi sığınacaq istəməsi ehtimalı da irəli sürülür.

Qeyd edək ki, məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar