Göyçayda narkokuryer saxlanıldı - FOTO
03 oktyabr 2023 10:19 (UTC +04:00)

Göyçayda narkokuryer saxlanıldı - FOTO

Göyçayda narkokuryer saxlanılıb, ondan müxtəlif növ narkotik vasitələr götürülüb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən narkotik vasitələri respublikanın müxtəlif bölgələrinə çatdırılmasını təşkil edən Əlirahim Hümbətov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 kiloqram tiryək, 251 qram heroin və 106 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs xarici ölkədə yaşayan və qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik vasitələr göndərən şəxslə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun təklifi əsasında narkokuryerliyə cəlb olunub. Sonuncu dəfə Göyçay rayonu ərazisində əvvəlcədən ona deyilən yerdən narkotik vasitələri götürüb, başqa ünvana aparmaq istəyərkən yaxalanıb.

Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbiri zamanı isə narkotiklərin dövriyyəsində şübhəli bilinən Göyçay şəhər sakini Samir Qurbanov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

# 2979
avatar

Oxşar yazılar