Azərbaycanlı sürücü faciəvi  şəkildə öldü - VİDEO
14 noyabr 2026 10:47 (UTC +04:00)

Azərbaycanlı sürücü faciəvi şəkildə öldü - VİDEO

0

Rusiyanın Kalmıkiya Respublikasında zəncirvari qəza olub.

Lent.az xəbər verir ki, hadisə noyabrın 13-də saat 00:50-də R-22 “Kaspi” avtomobil yolunun 213-cü kilometrliyində, Ketçenerovski rayonunda qeydə alınıb.

Qəzada 50 yaşlı Azərbaycan sakininin idarə etdiyi DAF, 32 yaşlı Dağıstan sakininin idarə etdiyi “Mercedes” yük avtomobilləri və 55 yaşlı Volqoqrad sakininin sükanı arxasında olduğu “Volkswagen” mikroavtobusu toqquşub.

Nəticədə DAF-ın azərbaycanlı sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb. “Volkswagen”in sürücüsü və sərnişini isə xəstəxanaya çatdırılıblar.

Rusiya Fövqəladə Hallar Nazirliyinin ilkin məlumatına görə, iki yük avtomobili üz-üzə toqquşub, mikroavtobus isə onlara yan tərəfdən toxunub.

Xilasedicilər həlak olan sürücünün meyitini çıxarmaq üçün yük avtomobilinin kabinəsini xüsusi avadanlıqla açıblar.

Hadisənin başvermə səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 158

Oxşar yazılar