Göygöldə meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub.
Lent.az xəbər verir ki, bunu APA-ya, meyiti tapılan Mollacəlilli kənd sakini 1986-ci il təvəllüdlü Saqib Quliyevin anası Rəna Quliyeva bildirib.
O oğlunun dünən günorta evdən çıxdığını və bir daha geri dönmədiyini bildirib.
Onun sözlərinə görə oğlu evi təmir etdiyi üçün evdən boya almağa çıxıbmış. Yalnız bu gün günorta saat 3 radələrində oğlunun öldürüldüyü barədə onlara xəbər verilib.
Mərhumun anası onu da qeyd edib ki, oğlu sakit biri olub və heç kəslə problemi olmayıb.
***
16:50
Göygöldə qətl törədilib.
Lent.az xəbər verir ki, Göygöl Rayon Polis Şöbəsinə rayonun Molla Cəlilli kəndi ərazisində üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkarlanıb.
Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.
Meyiti tapılan şəxsin 1986-cı il təvəllüdlü Sabiq Quliyev olması müəyyən edilib.
Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin kimliyinin müəyyən edilərək istintaqa təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.