Gürcüstanda azərbaycanlı avtoritet polisdə atışmada  ÖLDÜRÜLDÜ
05 noyabr 2025 11:50 (UTC +04:00)

Gürcüstanda azərbaycanlı avtoritet polisdə atışmada ÖLDÜRÜLDÜ

0

Gürcüstanda polisin keçirdiyi əməliyyatlar zamanı “qanuni oğru”larla əlaqəli olan34 nəfər saxlanılıb. Daha 7 nəfərə, o cümlədən, iki nəfərə penitensiar müəssisədə, dörd nəfərə xaricdə və bir “qanuni oğruya” ittiham qiyabi olaraq irəli sürülüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə daxili işlər nazirinin müavini Aleksandre Daraqvelidze brifinqdə bildirib.

Onun sözlərinə görə, şübhəlilərdən 52 yaşlı azərbaycanlı Mirzə Əliyev barəsində məhkəmə tərəfindən həbs qərarı çıxarılıb və o, əməliyyat zamanı xüsusi təyinatlı dəstənin əməkdaşlarına intensiv atəş açıb. Nəticədə xüsusi təyinatlılardan biri döş nahiyəsindən ağır yaralanıb. Polis tərəfindən açılan cavab atəşi nəticəsində Qabal kənd sakini Mirzə Əliyev hadisə yerində zərərsizləşdirilib.

Polis əməliyyatı Mərkəzi Kriminal Polis, Tbilisi, Kaxeti, Mtsxeta-Mtianeti və Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşları tərəfindən ölkə üzrə eyni vaxtda keçirilib.

Saxlanılan şəxslərə tətbiq olunacaq ittihamlar 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 546

Oxşar yazılar