Həbsxanalara "nəzarət edən"  kriminal avtoritet HƏBS OLUNDU
23 avqust 2025 10:57 (UTC +04:00)

Həbsxanalara "nəzarət edən" kriminal avtoritet HƏBS OLUNDU

Kriminal avtoritet Denis Kvitsiani ekstremist qruplaşma təşkilinə görə cəzalandırılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, Sankt-Peterburq şəhərində məhkəmə şəhərin istintaq təcridxanalarına “nəzarət edən”, həmçinin “Abxaz” və ya Denis Svan adı ilə tanınan Denis Kvitsianini ciddi rejimli həbsxanada 11 il azadlıqdan məhrum edib. O, hədə-qorxu yolu ilə pul tələb etmədə, cinayətkar iyerarxiyasında yüksək mövqe tutmada, həmçinin ekstremist təşkilat yaratmaqda və maliyyələşdirməkdə təqsirli bilinib.

Təqsirləndirilən şəxs isə irəli sürülən ittihamları rədd edir. Lakin o, kriminal statusa malik olduğunu təsdiqləyib. Onun sözlərinə görə, ittiham tərəfinin dediyi kimi “polojenets” (nəzarətçi) deyil, “brodyaqa”dır.

Sankt-Peterburq şəhər məhkəməsi Abxaziya vətəndaşı Denis Kvitsianini hədə-qorxu yolu ilə pul tələb etmədə (Rusiya Federasiyası CM 163-cü maddə, 2-ci hissə), cinayətkar iyerarxiyasında ən yüksək mövqe tutmada (CM 210.1), ekstremist təşkilatın fəaliyyətini təşkil etməkdə (CM 282.2, hissə 1) və ekstremist fəaliyyətin maliyyələşdirilməsində (CM 282.3, hissə 1) təqsirli bilib. Şəhər prokurorluğunun məlumatına görə, “Denis Svan” kriminal statusda “polojenets” elan olunmuşdu və bu status ona cəzaçəkmə müəssisələrində cinayətkar təsir zonalarını möhkəmləndirmək hüququ verirdi.

Nəzarət orqanının məlumatına əsasən, həmin “rütbə” ona o vaxt Rusiya hüdudlarından kənarda olan “cinayətkar aləmin lideri” tərəfindən verilib.

Söhbət “Dato Svan” ləqəbli “qanuni oğru” Davit Çaçibayadan (Davit Gerliani kimi də tanınır) gedir. Keçən ilin sentyabrında Moskva Şəhər Məhkəməsi ona oxşar cinayətlərə görə ciddi rejimli həbsxanada 15 il həbs cəzası verib. O, 2014-cü ildə Türkiyədə “taclandırılıb”. 2022-ci ilin mayında Dato Svan Misirdən Rusiyaya ekstradisiya olunub. O, ərəb respublikasına 2016-cı ildə Ukraynadan Gürcüstana deportasiya edildikdən sonra gedib, daha sonra Qazaxıstana yollansa da, oradan isə qovulub.

İstintaqın versiyasına görə, “Denis Abxaz” adlı Kvitsiani “ümumi kassa”nın doldurulmasına cavabdeh idi və məhbuslar arasında yaranan münaqişələri həll edirdi. Onun bədənində “küləklərin gülü”, “yuxarı qalxan tor içində hörümçək”, İsa Məsih, Müqəddəs Məryəm, kilsə günbəzləri və tikanlı məftil təsvirləri olan döymələr var.

İttiham aktında göstərilir ki, 2019-cu ilin aprelindən 2022-ci ilin aprel ayına qədər Kvitsiani müxtəlif istintaq təcridxanalarında, o cümlədən Sankt-Peterburqdakı “Krestı” həbsxanasında Rusiyada Baş Prokurorluğun iddiası əsasında qadağan olunmuş və ekstremist təşkilat elan edilmiş beynəlxalq ictimai hərəkat AUE-nin hücrə fəaliyyətini təşkil edib. “Ekstremist təşkilatın məqsədi mövcud dövlət hakimiyyətinə qarşı alternativ olaraq “oğru hakimiyyətinin” ideyalarını təşviq etmək, həmçinin digər “oğru anlayışlarını” tətbiq etmək idi”, — iş materiallarında qeyd olunur.

Bundan əlavə, dövlət ittihamçısı hesab edir ki, 2020-ci ilin dekabrından 2021-ci ilin yanvarına qədər Kvitsiani narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum edilmiş bir şəxsdən 750 min rubl tələb edib.

Prokurorluğun mövqeyi ilə razılaşan şəhər məhkəməsi Denis Kvitsianiyə ciddi rejimli islah həbsxanasında 11 il 5 gün həbs cəzası verib. Həmçinin, o, beş il müddətinə ictimai təşkilatların fəaliyyətinin təşkili və iştirakla bağlı hər hansı işlə məşğul olmaq hüququndan məhrum edilib. Sonuncu iclasda “Abxaz”ın vəkilləri iştirak etməyiblər, lakin şəhər məhkəmələrinin birləşdirilmiş mətbuat xidməti məlumat verib ki, müdafiə tərəfi məhkəmədən ittiham olunan şəxsi bəraət qazandırmağı xahiş edib.

Denis Svanın sözlərinə görə, o, yalnız Abxaziyada cəza çəkərkən “polojenets” olub. Qalan bütün ittihamları isə rədd edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 452

Oxşar yazılar