"İdrak" liseyində müəllimini güllələyən şagird  HƏBS OLUNDU
07 fevral 2026 16:21 (UTC +04:00)

"İdrak" liseyində müəllimini güllələyən şagird HƏBS OLUNDU

0

Bakıda "İdrak" liseyində müəllimini gülləməkdə təqsirləndirilən şagird həbs olunub.

Lent.az xəbər verir ki, bu barədə Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə qərar verilib.

Qərara əsasən, həmin şagird barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, hadisə fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən “İdrak” liseyində baş verib. Liseyin 10-cu sinif şagirdi ov tüfəngi ilə riyaziyyat müəllimi 29 yaşlı Şəhla Kamilovanı güllələyib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 374

Oxşar yazılar