İki uşaq anası küçədə GÜLLƏLƏNDİ
26 avqust 2025 19:02 (UTC +04:00)

İki uşaq anası küçədə GÜLLƏLƏNDİ

Türkiyədə qadın küçədə güllələnib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Muğla rayonunun Milas qəsəbəsində baş verib.

İki uşaq anası olan 43 yaşlı Kezban Süne işdən evə qayıdarkən küçədə silahlı hücuma məruz qalıb. Qadın aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

Polis axtarışlar nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 53 yaşlı Bülent K.-nı İzmir şəhərində saxlayıb.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 337

Oxşar yazılar