İsmayıllıda bıçaqlanma hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə gecə saat 1 radələrində Basqal kəndində qeydə alınıb.
Kənd sakini 17 yaşlı Ə.Şəfiyev münaqişə zəminində həmyaşıdı S.Bağırova bıçaqla xəsarət yetirib.
DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşkarı tərəfindən saxlanılıb.
Faktla bağlı istintaq araşdırmaları aparılır.