Sumqayıtda küçədə söyüş   söyən panik-atak xəstəsi  HƏBS OLUNDU
16 oktyabr 2026 18:02 (UTC +04:00)

Sumqayıtda küçədə söyüş söyən panik-atak xəstəsi HƏBS OLUNDU

0

Sumqayıtda küçədə nalayiq ifadələr işlədən şəxs həbs olunub.

Lent.az xəbər verir ki, hadisə Çerkassi küçəsində qeydə alınıb.

37 yaşlı Şücaət Əmirov (şərti adla) həmin küçədə ucadan nalayiq ifadələr işlədərək, ictimai asayişi pozub. Ərazidə xidmətdə olan polis əməkdaşı ona irad bildirib hərəkətlərini dayandırmasını tələb etsə də, Şücaət qanuni tələbə məhəl qoymayaraq, əməlinə davam edib.

Nəticədə o saxlanılıb və barəsində müvafiq protokollar tərtib olunub.

Şücaət Əmirov ifadəsində bildirib ki, panik-atak xəstəsi olduğu üçün müəyyən vaxtlarda qışqırır. İşdə olarkən də əsəbiləşdiyi üçün panik-atakı tutub. Nəticədə qeyd olunan hadisə baş verib. O, əməlindən peşman olduğunu bildirərək, nəzərə alınmasını xahiş edib.

Məhkəmənin qərarı ilə o, 25 gün müddətinə inzibati qaydada həbs olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar