"Killer"  tutub valideynlərini öldürtdü: mirasa görə
20 dekabr 2025 16:15 (UTC +04:00)

"Killer" tutub valideynlərini öldürtdü: mirasa görə

0

ABŞ-ın Nyu-Meksiko ştatında miras məqsədilə törədilmiş amansız qətldə ittiham olunan iki gənc saxlanılıb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, 19 yaşlı Darren Munyos 58 yaşlı atası Oskar Munyosu və 71 yaşlı ögey anası Dinanı öldürmək üçün 18 yaşlı dostu Xulio Zamoranı muzdla tutmaqda şübhəli bilinir. İttihamlara birinci dərəcəli qətl, əlbirlik və cinayətə təhrik maddələri daxildir.

Hadisə dekabrın 15-də Klovis şəhərində baş verib. Polis ailəyə məxsus evə guya oğurluqla bağlı daxil olan çağırış əsasında gəlib. Zəngi edən Darren Munyos əvvəlcə polis əməkdaşlarının evə daxil olmasına mane olmağa çalışıb. Lakin polis yataq otağına daxil olduqda ər-arvadın baş nahiyəsindən güllə yaraları aldıqlarını aşkar edib. Ögey ana hadisə yerində ölüb, ata isə sonradan xəstəxanada dünyasını dəyişib.

Sevgilisi istintaqa bildirib ki, Darren Munyos atasının pulunu əldə etmək istəyirmiş. İstintaqın versiyasına görə, Oskar Munyosun biznesi olub və oğlu var-dövlətə sahib çıxacağını düşünürmüş. Şübhəli şəxs guya mirası əldə etdikdən sonra Xulio Zamoraya pul verməyi təklif edib.

Plan Zamoranın qarajdan evə daxil olaraq valideynləri yuxuda ikən güllələməsini nəzərdə tutub. Cinayətdə istifadə edildiyi ehtimal olunan silah seriya nömrəsi olmayan tapança olub. Munyos bu silahı öz AR tipli tüfəngi ilə dəyişməyi planlaşdırıb. Cütlüyün tanışlarından biri polisə bildirib ki, yeniyetmələr bu cinayəti bir neçə həftə ərzində planlaşdırıblar.

Hazırda Darren Munyos və Xulio Zamoraya rəsmi ittihamlar irəli sürülüb. İstintaq bu sarsıdıcı cinayətin bütün hallarını araşdırmaqda davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 312

Oxşar yazılar