Türkiyədə kişi xərçəng xəstəsi olan arvadını öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İzmir şəhərinin Bornova qəsəbəsində qeydə alınıb.
70 yaşlı R.T. təcili tibbi yardıma zəng edərək, arvadını tapança ilə güllələdiyini deyib. Evə gələn həkimlər 69 yaşlı İzadiye Tekerin öldüyünü müəyyən ediblər.
R.T. polis tərəfindən saxlanılıb və araşdırma aparılır. Həmçinin İzadiye Tekerin bir müddətdir xərçəngə tutulduğu üçün müalicə aldığı və yataq xəstəsi olduğu bildirilir.