Klinika direktoru arvadını öldürmək məqsədi ilə güllələyib - PROKURORLUQ
16 iyul 2025 16:53 (UTC +04:00)

Klinika direktoru arvadını öldürmək məqsədi ilə güllələyib - PROKURORLUQ

Yasamal rayon prokurorluğu Bakıda kişinin arvadını güllələməsi faktı ilə bağlı məlumat yayıb. 

Qurumdan Lent.az-a verilən məlumata görə, qadının silahdan açılan atəş nəticəsində xəsarətlər alması faktına görə cinayət işi başlanıb.

Belə ki, iyulun 16-da saat 13 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Fərqanə Kərimovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1986-cı il təvəllüdlü Vasif Kərimovun silahdan atəş açaraq arvadı Fərqanə Kərimovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.  

Fərqanə Kərimova xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Vasif Kərimov iş üzrə şübhəli şəxs qismində tutulub.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

***

saat 16:28

Yasamalda həyat yoldaşını güllələyən şəxs Bakıdakı özəl klinikalardan birinin rəhbəridir.

Lent.az APA-ya istinadən xəbər verir ki, həyat yoldaşını odlu silahla yaralamaqda şübəli bilinərək saxlanılan Kərimov Vasif Qaraxan oğlu “Referans Medı-Art Hospital" MMC-nin (Mərdəkan filialı) direktorudur.

***

saat 14:06

Bakıda kişi arvadını güllələyib.

Lent.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Yasamal rayonunda qeydə alınıb. 

38 yaşlı Vasif Kərimov evdə münaqişə zəminində həyat yoldaşına o tüfəngi ilə xəsarət yetirib.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Polis V.Kərimovu saxlayıb, hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3098

Oxşar yazılar